Alı Alıyev sakinlərlə görüşdü - Fotolar
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Araz Dilağarda kəndində keçirilib. Qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev deyib ki, 1220 nəfər əhalinin yaşadığı Araz Dilağarda kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1006 nəfərə hər ay 60360 manat vahid aylıq müavinət ödənilir, 3 ailə özünüməşğulluq proqramına cəlb olunub. Araz Dilağarda kəndində 1 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili vardır.
Kənd sakinlərindən 361 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 167 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, poçt fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. 2018-2019-cu təsərrüfat ilində 254 ha taxıl, 12 ha pambıq əkilib, 510 kq barama istehsal olunub.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...