“Azercell Eksklüziv” indi Goranboyda
Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir.
Bu dəfə Azercell Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.
Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.
Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.
-
“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!
...
-
“Nar” önəmli tədbirə rəsmi telekommunikasiya tərəfdaşı kimi qatıldı
...
-
“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib - FOTO
...
-
“Yelo Bank” yeni “Visa Infinite” kartını təqdim edir!
...
-
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
...
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...
-
“Azərişıq” “General Group Co.” ilə birgə layihə həyata keçirdi - Fotolar
...
-
Bakıda unikal piyada körpüsü inşa edilir - Video
...
-
Unun qiyməti qalxdı
...
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - Video
...