“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram” - Bakıda tutulan manyak
Bakıda 30-a yaxın qadını küçədə qucaqlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun məhkəməsi başlayır.
R.Süleymanov barəsində 2018-ci ilin sentyabrında başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.
R.Süleymanov qeyd edilən tarixdə Xətai rayonunda səhər saatlarında yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün saxlanılıb. O‚ ifadəsi zamanı bu hərəkəti dəfələrlə törətdiyini etiraf edib. R.Süleymanov ilkin ifadəsində bildirib ki‚ 20-dən çox qadına hücum edib: “Şəhərdə mini ətək geyinən qızlar görəndə qucaqlayıram‚ sonra buraxıram. Təb gələndə özümü saxlaya bilmirəm”.
R.Süleymanov Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir. Bu ittiham məhkəmədə sübuta yetirilərsə‚ R.Süleymanovu 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...