Boksçumuz Avropa çempionatının 1/4 finalında
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir. Ikinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.
Yığma üzvlərindən Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-nə təsadüf edəcək.
Allahverdiyevdən fərqli, İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.
Qeyd edək ki, bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...