Süleyman Mikayılov sakinlərin problemlərini dinlədi
Bu gün Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Görüşdə Qaradağ rayon rəhbəri Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
100-dən çox qəsəbə sakinlərinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərini salamlayaraq, qeyd edib ki, prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...