Lənkəranda yeni məktəb istifadəyə verildi - Fotolar
Sentyabrın 16-da Lənkəranda 432 şagird yerlik Şıxəkəran kənd tam orta məktəbinin təntənəli açılışı olub.
Mərasimdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Təhsil nazirinin müavini Firudin Qurbanov və digər şəxslər çıxışları zamanı kənd ictimaiyyətini, müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıblar.
Həmin gün rayonun ucqar dağlıq ərazidə yerləşən Alazəpin, Köhnəgəgir, Türkəncil və Jidi kəndlərində tikilmiş 4 modul məktəbin də açılışı olub.
Sonra İcra başçısı və nazir müavini Lənkəran Dövlət Universitetinə gələrək burada 160 yerlik tələbə yataqxanasının və 2 yeni tədris korpusunun açılış mərasimində iştirak edib professor-müəllim və tələbə kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...