Sabirabadda cinsi azlıq döyülərək kənddən qovulub
Azərbaycanda cinsi azlıq qohumları tərəfindən döyülərək kənddən qovulub.
Hadisə Sabirabad rayonunun Yolçubəyli kəndində baş verib.
22 yaşlı homoseksual İ.Ş 2018-ci ildə feysbuk sosial şəbəkəsində Orxan adlı oğlanla tanış olub. Orxan onu Bakıya dəvət edərək Sabunçu rayonunda bir neçə dəfə onunla cinsi əlaqədə olub. Həmin zaman Orxan İ.Ş-nin şəkillərini və videosunu çəkib. Daha sonra onu həmin fotoları yayacağı ilə şantaj edərək özünün bir neçə dostu ilə də cinsi əlaqədə olmağa vadar edib.
Bir müddət sonra İ.Ş-nin sözügedən şəkillərini qohumları 19 yaşlı Z. və 23 yaşlı M. görüb. Onlar İ-ni döyərək kənddən qovublar və “nəslimizin adını batırmısan” deyərək onu öldürəcəkləri ilə hədələyiblər.
İ.Ş buna görə polisə şikayət edib və qeyd edilənlər barədə məlumat verib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...