“Döyülərik, yıxılarıq, məğlub olarıq, amma qaçmarıq” - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Düdelanj"a qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.
Təcrübəli mütəxəssis oyunda baş verən erməni təxribatından söz açıb.
"Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, "Qarabağ"ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük.
Biz meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacağdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”, - deyə “Qarabağ”ın çalışdırıcısı bildirib.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...