Azərbaycanda “Formula 1” bu tarixdə keçiriləcək
“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.
Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.
Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.
Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.
2020-ci il mövsümünün təqvimi:
15 mart - Avstraliya
22 mart - Bəhreyn
5 aprel - Vyetnam
19 aprel - Çin
3 may - Hollandiya
10 may - İspaniya
24 may - Monako
7 iyun - AZƏRBAYCAN
14 iyun - Kanada
28 iyun - Fransa
5 iyul - Avstriya
19 iyul - Böyük Britaniya
2 avqust - Macarıstan
30 avqust - Belçika
6 sentyabr - İtaliya
20 sentyabr - Sinqapur
27 sentyabr - Rusiya
11 oktyabr - Yaponiya
25 oktyabr - ABŞ
1 noyabr - Meksika
15 noyabr - Braziliya
29 noyabr - Abu-Dabi.
Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...