Emin yeni açdığı kafedə yaşlı insanlara pulsuz nahar verəcək - Fotolar
Rusiyanın paytaxtında yaşlı insanların hər gün pulsuz nahar edə biləcəyi “Dobrodomik” adlı kafe açılıb.
Moksvada yerləşən “Dobrodomik” Azərbaycanın Xalq artisti Emin Ağalarovun və layihənin təsisçiləri – Aleksandra Sinyak və Yevgeni Qerşeviçin təşəbbüsü ilə ərsəyə gətirilib. Onların hər üçü yeni açılan məkanın ilk qonaqlarını şəxsən qarşılayıb.
Səhər və axşam kafe adi qaydada çalışır. Belə ki, xeyriyyə layihəsi gəlir əldə edərək yaşlı insanların pulsuz nahar etmələri üçün şərait yaradır. Bununla da kafeyə gələn hər kəs xeyriyyə layihəsinin iştirakçısına çevrilir.
Kafedə yaşlı insanların və sağlamlıq imkanları məhdud olan ziyarətçilərin rahatlığı üçün bütün şərait yaradılıb.
Layihə “Restaurants by Crocus Group” holdinqinin tərkibinə daxildir.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...