“Heç mən musiqini 3 həftəyə öyrənə bilməzdim” - Mehriban Əliyeva+Video
Xəbər verdiyimiz kimi, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva paytaxtın Nərimanov rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün reabilitasiya mərkəzini ziyarət edib.
M. Əliyeva ilə görüşdə uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Onlardan birinin çaldığı əsər M. Əliyevanı təəccübləndirib. Ona məlumat verilib ki, uşaq musiqini cəmi 3 həftəyə öyrənib. Birinci vitse-prezident isə məsələyə bu cür reaksiya verib: “Necə onu 3 həftəyə öyrənmək mümkündür? Mən heç vaxt öyrənə bilməzdim. Çox sağ ol ki, mənim üçün belə gözəl nəğmə çaldın. Ondan əvvəl pianoda çalmaq qabiliyyəti var idi?”, - deyə müəllimdən soruşub.
Müəllim isə cavabında şagirdin musiqi duyumunun olduğunu diqqətə çatdırıb.
Mərkəzin digər şagirdi Əlisahib Bayramov da pianoda ifa edib. M. Əliyeva Ə. Bayramovun çaldığı əsərin özünün ən sevimli əsəri olduğunu bildirib.
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...