Lüksemburqlu nazirdən maraqlı açıqlama - “UEFA polisi məlumatlandırmayıb”
Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı açıqlama verib. O, yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavab olaraq araşdırma aparıldığını deyib.
Onun açıqlaması isə diqqət çəkib. Nazir bildirib ki, Lüksemburq polisinin oktyabrın 3-də “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmayıb. Onlar qarşılaşmanı dinc azarkeşlərin izləyəcəyini gözləyiblər: “Üstəlik, matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək çağrıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi”.
Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində stadionun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilmiş və oyun bir neçə dəqiqəlik dayandırılmışdı. Lüksemburqun idman naziri Dan Kerşin üzr istəməsindən sonra komandalar meydana qayıtmış və mübarizə davam etdirilmişdi.
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...