Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçirilib
“Azercell Telekom” MMC, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP və Toyota şirkətlərinin dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 14 noyabr tarixində Abşeron Olimpiya İdman kompleksində V Uşaq Paralimpiya Oyunları keçirilib.
Açılış mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Paralimpiya Oyunlarını möhkəmliyin, iradənin qeyri-şərtsiz qələbəsi, əzmkarlıq, özünə inam adlandırıb və bütün iştirakçılara uğurlar arzu edib.
Yarışda yerli idmançılarımızla yanaşı, Gürcüstan Respublikasından olan iştirakçıların da yer aldığı 180 paralimpiyaçı 7 idman növündə qüvvələrini sınayıb. Qələbə qazanan iştirakçılar kubok, medal və diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün 2014-cü ildən etibarən komitənin fəaliyyətini dəstəkləyir.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...