Azercelldən gənclərə dəstək
Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur. 41 ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının noyabr ayının 3-də, ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır. 10 ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin beynəlxalq bölməsindən olan təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan Azercell tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri təqdim edilib.
Cənubi-Şərqi Avropa Platforması hər il təşkil olunan beş regional tədbirdən biridir. Bu tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə beynəlxalq səviyyədə məlumat əldə edilir.
Azercell ilə yanaşı, "Zeytun Bağları", "Rabitəbank", “Azərbaycan Turizm Bürosu", "Responsible Party" və “AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...