“Azercell” növbəti ilkə imza atdı
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur.
Bu dəfə “Azercell” dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb. Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, “Azercell” ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə “Azercell”-in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı “Azercell”-də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.
Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...