Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib
Akad. C Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Hande Harmancının təklifi ilə “Məsləhətləşmə qrupunun” toplantısı keçirilib.
Toplantını giriş sözü ilə İnstitutun direktoru t.e.d Gülnaz Dadaşova və ÜST-ün rəhbəri Hande Harmancı açıb.
Toplantıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin müdiri Şahin Xasiyev, Respublikanın baş kardioloqu Yusif Nağıyev və başqaları iştirak etib.
İlk olaraq t.e.d Gülnaz Dadaşova “Azərbaycanda ürək-damar xəstəliklərinin mövcud vəziyyəti” ilə bağlı məlumat verdi.
Hande Harmancı isə “İlkin səhiyyə üzrə nümayiş layihəsi” barədə məlumatı iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra Türkiyənin Marmara Üniversitesindən dəvət olunan Dr.Çağrı Kalaça “Onlayn təlim proqramının təqdimatı” barəsində maraqlı slayd sou göstərək çıxış edib.
Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...