BDU-da 2 prorektor işdən çıxarıldı
Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.
Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, Ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.
Biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən, vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib. Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.
-
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
...
-
Milli Məclisdə müəllimlər üçün imtahanın ləğvi təklif edildi
...
-
Prezident bu müəllimləri təltif etdi
...
-
İcra başçısı qəfil məktəbi yoxladı, bu mənzərə ortaya çıxdı - Fotolar
...
-
Səs yazısı yayılan Nəcibə Axundova cəzalandırıldı
...
-
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
...
-
Kürdəmirdə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib
...
-
Niyazi Bayramov yüksək bal toplayan məzunlarla görüşdü - Fotolar
...