İdmançımız Avropanın ən yaxşısı seçildi - Fotolar
Azərbaycan triatlonçusu Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, mükafatlandırma mərasimi Belarusun paytaxtı Minskdə Avropa Triatlon İttifaqının 15-ci konfransına həsr olunmuş qala gecədə keçirilib.
2015-ci il birinci Avropa Oyunlarının bürünc medalçısı, 2016-cı ilin Avropa kubokunun qalibi, dünya kuboklarında iki dəfə nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi olan Rostislav Pevtsov bu mübarizədə digər idmançılar böyük britaniyalı Sem Dikinson və Ben Diykstranı geridə qoymağı bacarıb.
R.Pevtsov jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə, Avropa Triatlon Federasiyasına minnətdarlığını bildirib və "Tokio-2020" Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün gələcək yarışlara böyük stimul olacağını vurğulayıb.
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...