Polisdən sosial şəbəkədə yayılan videoya - Reaksiya
“Sosial şəbəkələrdə dünən gecə saatlarında bir qrup şəxs tərəfindən Nəsimi rayonunda ictimai asayişin pozulması ilə müşayiət olunan görünütülər yayılıb”.
Bunu Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib. E. Hacıyev deyib ki, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmayan, məişət problemləri ilə bağlı toplanan bir qrup şəxsin ərazidən uzaqlaşdırılması zamanı özünü jurnalist kimi təqdim edən Əvəz Hafizli polisin xidməti fəaliyyətinə maneçilik yaratmağa çalışıb:
"Müşahidə funksiyasını yerinə yetirməli olduğu halda prosesə emosional və jurnalist etikasına uyğun olmayan tərzdə müdaxilə edib. Asayişin bərpasından sonra onun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı səsləndirdiyi iddialar əsassızdır, ona bədən xəsarəti yetirilməsi həqiqəti əks etdirmir. Ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan heç bir jurnalistin peşə fəaliyyətinin həyata keçirilməsinə tərəfimizdən hansı məhdudiyyət yoxdur. Kütləvi tədbirləri işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər”.
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...