Azərbaycan Premyer Liqasındakı məcburi fasilənin müddəti yenidən uzadıldı
Koronavirus səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilənin müddəti bir qədər də artırılıb.
Bununla bağlı Peşəkar Futbol Liqası açıqlama yayıb. PFL-in rəsmi saytında yerləşdirilən həmin açıqlamanı təqdim edirik:
- Dünyada geniş yayılmış Koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub.
Bu pandemiyanın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart-14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.
Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayırıq. Əgər 14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq.
Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...