“Azərsun Holdinq” Prezidentin çağırışına dəstək verdi
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.
Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.
Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən bütün istehsal müəssisələri, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir. “Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...