Birbaşa yardımla bağlı daha bir - Rəsmi açıqlama
“Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək”.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O qeyd edib ki, İqtisadiyyat nazirinin rəhbərliyilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib:
"Ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə , 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir. Eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib”.
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...
-
Mikayıl Cabbarov “TikTok”un vitse-prezidenti ilə görüşdü
...
-
Orta aylıq əməkhaqqı 923 manata çatıb
...
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...