Azərbaycan çempionatının qalibi elan olundu
Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib. Yığıncaqda koronavirus pandemiyası üzündən dayandırılan çempionatının taleyi müzakirə olunub.
Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan “Zirvə Astara” ölkə çempionu elan edilib. 34 xala malik "Atom" 2-ci, aktivindəki 32 xalla "Gəncə" 3-cü yerin sahibi olub.
Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...