Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər öldü
Azərbaycanda 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.
Operativ Qərargahdan daxil olan məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...