“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
“Nar” karantin müddətində abunəçilərinin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlılığını tam şəkildə təmin edir.
Mobil operator həm paytaxt, həm də region sakinlərinin mobil rabitə tələblərini tam ödəmək, eyni zamanda onları yüksəksürətli, kəsintisiz internetlə təmin etmək məqsədilə bütün baza stansiyaları üzrə şəbəkə tutumunu əhəmiyyətli dərəcədə genişləndirib. Mobil rabitə şəbəkəsinin stabilliyini təmin etmək və şəbəkə istifadəçilərinə dəstək olmaq məqsədilə, 24/7 rejimində şəbəkə üzrə təhlillər və optimizasiya işləri həyata keçirilir, texniki heyət isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirilir ki, abunəçilər "Nar"ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində "Nar" şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb.
Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub.
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...