Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb
Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib.
Qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.
Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.
Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb. Beləliklə, paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...