Qaradağda könüllü qanvermə aksiyası keçirilib - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq, 15 may tarixində Qaradağ rayonunun ictimaiyyəti, idarə və müəssisə əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Sevindirici haldır ki, 2005-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib və bununla bütün ictimaiyyət talassemiyalı uşaqlara yardım etməyə çağırılıb.
Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
Milli Hemotologiya və Transfiziologiya Mərkəzinin Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 80 nəfərə yaxın rayon sakini təmənnasız olaraq qan verib.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün əksepidemik tədbirlər görülüb.
Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcək.
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...