Bakıda kriminal avtoritet belə öldürüldü – Video
Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb.
Iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə zamanı öldürülən Mail Mustafayev kriminal avtoritet olub. O, kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.
APA-nın yaydığı görüntüləri təqdim edirik:
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...