Beyrutda ard-arda güclü partlayışlar - 70-dən çox ölü, 3 mindən çox yaralı + Video
Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib. Partlayış paytaxtın yaşayış məhəllələrini silkələyib. Bəzi yaşayış evləri və ofislər zədələnib.
İlkin məlumata görə, onlarla insan xəsarət alıb.
Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.
“Al Hadath” telekanalı dəniz limanı ərazisinə raket zərbəsinin vurulduğunu istisna etmir. “Al Mayadeen” telekanalı bildirib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib.
***
“Al Arabiya” telekanalının xəbərinə görə, həmin ərazidə daha bir partlayış baş verib. Hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.
“Sky News Arabia” bildirib ki, güclü partlayış nəticəsində azı bir nəfər həyatını itirib.
***
Güclü partlayışın baş verdiyi ərazidə azı 6 nəfərin cəsədi tapılıb. Bu barədə “Al Arabiya” telekanalı xəbər verib.
“Reuters” agentliyi isə xəbər verir ki, Beyrutdakı partlayış nəticəsində azı 10 nəfər ölüb.
***
“RİA Novosti”nin hadisə yerində olan müxbiri bildirib ki, partlayış nəticəsində yüzlərlə insan yaralanıb. Yaxınlıqdakı evlərin, eləcə də partlayış baş verdiyi yerdən bir neçə kilometr aralıqdakı evlərin şüşələri qırılıb.
Beyrutun təcili yardım xidməti könüllüləri yaralılar üçün qan verməyə çağırıb.
***
Partlayış nəticəsində 30 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin başçısı bildirib ki, hadisə nəticəsində 2,2 min nəfər xəsarət alıb. Onun sözlərinə görə, bu, son rəqəm deyil.
***
Partlayış nəticəsində 40 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb. Bunu “Al Jazeera” telekanalına müsahibəsində Livanın Səhiyyə naziri Hamad Həsən deyib. Onun sözlərinə görə, bu rəqəm arta bilər.
***
Partlayış nəticəsində ölənlərin sayı 50-ni ötüb, xəsarət alanlar 3 mindən çoxdur. Bunu ölkənin Səhiyyə naziri Hamad Həsən açıqlayıb.
***
Partlayış nəticəsində ölənlərin sayı 63-ə çatıb, xəsarət alanlar 3 mindən çoxdur. Bunu ölkənin Səhiyyə naziri Hamad Həsən açıqlayıb.
***
Partlayış nəticəsində ölənlərin sayı 70-i ötüb, xəsarət alanlar 3 mindən çoxdur. Bunu ölkənin Səhiyyə naziri Hamad Həsən açıqlayıb.
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...