“İstənilən halda olimpiada baş tutacaq” - AGF rəhbəri
Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Namiq Abdullayev vitse-prezident postunda qalacaqmı?
- İki vəzifəni bir yerdə aparmaq çətin olar. İşlərimiz çoxdur və aktiv olmaq lazımdır. Lakin bu məsələni müzakirə edəcəyik. Əgər vəzifənin öhdəsindən gələrsə, orda qalacaq.
- Baş məşqçidən nə tələb edəcəksiz? Pandemiya vəziyyətinə görə ona hər hansı güzəşt edəcəksiz?
- Bizdə güzəşt yoxdur. Nəticə lazımdır. Rio-2014 Olimpiya oyunlarında 6 lisenziyadan 5 medal qazandıq. Namiq Abdullayev də vəziyyəti bilir və biz daha da yüksək nəticə qazanmalıyıq. Kifayət qədər yaxşı şəraitimiz var və nəticə əldə etməliyik. İdmançıların durumu da elədir ki, medal əldə edə bilərik. Bəzi gənc idmançılar var ki, onların da gələcəyi parlaqdır.
- Dünya Güləş Birliyi ilə müzakirələr apardığınızı dediniz. Bəzi ölkələrdə vəziyyət çətinləşir. Ola bilər ki, yarışlar keçirilməsin?
- Baxır ki, yarış hansı ölkədə olacaq. Avropa Birliyinə daxil olmayan ölkələr özləri qərar qəbul edib yarış keçirə bilər. Birliyə daxil olan ölkələrdə isə vəziyyət başqadır. Yəqin ki, yarışlar olacaq.
- Dağıstanda olan güləşçilərin Azərbaycana gəlməsi üçün hansı problemlər var?
- Rusiyadan Azərbaycana gəlmək problemdir. İcazə almaq lazımdır, sənədlər lazımdır. Sərhədlər bağlıdır. Bir yolu var ki, Moskvaya getsin və ordan Bakıya təyyarə ilə gəlsinlər. O uçuşlarda da növbə çoxdur, çətindir. Digər tərəfdən də idmançılarımız orada Rusiya yığmasının Dağıstandan olan üzvləri ilə toplanış keçirirlər.
- Komanda yarışlarına əlavə medal veriləcəyi deyildi. Olimpiya Oyunlarında da veriləcək?
- Bəli, xallar hesablanıb medallar veriləcək.
- Bir müddət sonra havalar soyuyacaq. İdmançılar məşqləri harada edəcəklər? Açıq havada məşq etmək mümkün olmayacaq...
- İdmançılar onsuz da qapalı şəraitdədirlər. Müəyyən qaydaları qoruyaraq məşqləri edəcəyik. Bunun üçün icazələr almışıq. Məşqlər olmasa, idmançılar məhv olub gedəcək. Qapalı şəraitdə vəziyyəti nəzarət altından saxlamağa çalışacağıq.
Beynəlxalq Olimpiya Komitəsinin sədri dedi ki, vəziyyət nə olursa olsun, Olimpiada keçiriləcək. Yaponiyanın İdman naziri də bu barədə açıqlama verdi.
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...