Karantin rejiminin yumşaldılması müzakirə edilir - TƏBİB-dən AÇIQLAMA
Operativ Qərargah Azərbaycanda mövcud olan karantin rejiminin yumşaldılmasını müzakirə edir.
Bu barədə TƏBİB-in sədri Ramin Bayramlı deyib.
Ticarət mərkəzlərinin yaxın zamanda açılması və toy və digər bu kimi şənliklərin keçirilməsinə icazə verilməsindən danışan Bayramlı, müəyyən qaydaların hazırlandığını qeyd etdi.
"Bu qaydaların paketi təsdiqlənəcək və epidemioloji vəziyyət pisləşməzsə, İnşallah, Operativ Qərargah qərar verəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək", deyə Bayramlı bildirib.
Deputat və ekspertlər son günlərdə kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərlə icazə verilməsinin və ticarət mərkəzlərinin açılması barədə təkliflər irəli sürürlər. Bunun səbəbləri kimi sabit epidemioloji vəziyyət və rəsmi hesablamalara görə, pərakəndə və restoran biznesində 150 mindən çox insanın çalışmasıdır.
Ticarət mərkəzinin fəaliyyətinə oktyabrın 1-dən, toyların isə bu il noyabrın 1-dən etibarən icazə verilməsi təklif olunur.
Azərbaycanda mövcud karantin rejimi 1 oktyabr tarixinədək qüvvədədir.
-
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Misirə səfəri əlaqələrimizin genişlənməsinə təkan verəcək”
...
-
Dini və mənəvi bağlılıq hər zaman olub və olacaq
...
-
COP29-a Misirdən beynəlxalq platformada dəstək
...
-
Sabitlik olmadan inkişaf yoxdur
...
-
Sülh və sağlam əməkdaşlıq örnəyinə çevrilən səylər
...
-
Prinsipial mövqe
...
-
Qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə
...
-
Türk dünyası böyük gücə çevrilir
...
-
Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır
...
-
Türk dünyası vahid ailədə
...