Azərbaycan Güləş Federasiyasından Namiq Abdullayevə təbrik
Bu gün sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi, olimpiya çempionu Namiq Abdullayevin 50 yaşı tamam olur.
Bu münasibətlə Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev yubilyarla görüşüb və onu təbrik edib.
Sərbəst və yunan-Roma güləşi üzrə yığmaların məşqçilərinin də iştirak etdiyi görüşdə federasiyanın rəhbəri Abdullayevin güləşdə qazandığı böyük uğurlardan danışıb. Artıq onun təcrübəsindən milliminin baş məşqçisi kimi yararlandığını qeyd edərək qarşıdan gələn yarışlarda, xüsusən də lisenziya turnirlərində və Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.
Daha sonra çıxış edən yubilyar təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib və geridə qalan 50 ildə üzləşdiyi çətinliklərlə yanaşı, qazandığı uğurlardan danışıb. 2007-ci ildən bu yana AGF-də baş verən kəskin dəyişikliklərdən sonra bütün problemlərin həll olunduğunu, federasiyanın diqqət və qayğısı nəticəsində olimpiadalarda, dünya və Avropa çempionatlarında böyük uğurların qazanıldığını qeyd edib.
Xatırladaq ki, 1996-cı ildə ABŞ-ın Atlanta şəhərindəki olimpiadada gümüş, 4 il sonra Avstraliyanın Sidney şəhərində təşkil olunmuş Oyunlarda qızıl medal əldə edən Namiq Abdullayev Avropa və dünya çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatlarında 3 dəfə Azərbaycan himnini səsləndirən Abdullayev daha 3 dəfə dünya çempionatında gümüş medalı aktivinə yazıb.
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...