Azərbaycan Kuboku: "Səbail" əzmkar qələbə ilə "Sumqayıt"a rəqib oldu
Futbol üzrə Azərbaycan Kubokunda mübarizəyə start verilib.
1/8 final mərhələsinin ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" komandası ilə I Divizionda mübarizə aparan "Zaqatala" üz-üzə gəlib. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 26-cı dəqiqədə penaltidən paytaxt təmsilçisinin forvardı Amil Yunanov açıb. Daha sonra Roini İsmayılov 30-cu və 40-cı dəqiqələrdə fərqlənərək, qonaq komandanı önə çıxarıb. "Səbail"i məğlubiyyətdən 62-ci dəqiqədə Adil Nağıyev qurtarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Əfran İsmayılov qoyub.
Beləliklə, "Səbail" 1/4 finala yüksələn ilk komanda olub. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə "Sumqayıt"la üz-üzə gələcək. İlk oyun 1-2 fevralda "Kapital Bank Arena"da, cavab görüşü 6-7 fevralda "ASCO Arena"da təşkil olunacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 3 oyunu yanvarın 25-də keçiriləcək.
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...