“Səbail” səfərdə, “Qarabağ” evdə qələbə qazandı
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün birinci matçında “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla qalib üstün olublar.
Günün digər oyununda son ölkə çempionu “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib.
Bu komandalar arasındakı cavab görüşləri fevralın 6-da gerçəkləşəcək. 1/4 finalın digər iki matçı isə sabah baş tutacaq. “Keşlə” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunlar
1 fevral
“Sumqayıt” – “Səbail” 0:1
Qol: A.Yunanov, 12.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Qarabağ” – “Qəbələ” 3:1
Qol: O.Kvabena, 55. M.Emreli, 72; 74 – C.Adeniyi, 88.
33-cü dəqiqədə U.Matiç penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...