Cüdoçularımızın rəqibləri müəyyənləşdi
İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. 60 ölkənin 422 idmançısının qatıldığı yarışın püşkü atılıb. Azərbaycan yığmasının 15 üzvünün də iştirak edəcəyi turnirdə ilk rəqiblər müəyyənləşib.
Həmyerlilərimizdən 60 kq çəkidə mübarizə aparacaq Kəramət Hüseynov Eşli Makkenzi (İngiltərə), Davud Məmmədsoy almaniyalı Mortis Plafkla qarşılaşacaq. 66 kq çəkidə Orxan Səfərov Amit Boboviç (İsrail), Nicat Şıxəlizadə Petr Jukovla (Rumıniya) gücünü sınayacaq. Telman Vəliyevin (73 kq) rəqibi Likas Rayter (Avstriya) olacaq.
81 kq çəki dərəcəsində təmsilçilərimizdən Zelim Tskayev Ben Haroç (İsrail), Hidayət Heydərov Marsel Çerçea (Rumıniya) ilə üz-üzə gələcək.
Məmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi fransız Aurel Dissdi. 100 kq çəkidə Elmar Qasımov Yoahim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyevlə (Bolqarıstan), + 100 kq çəkidə Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev isə Serafim Kompanyes (İsrail) ilə qarşılaşacaq.
Çəkisi 48 kq olan qızların yarışında hər iki idmançımız İsrail cüdoçusu ilə qarşılaşacaq. Leyla Əliyevanın rəqibi Şira Rişon, Aişə Qurbanlının rəqibi isə Tamar Soriano olacaq. Gültac Məmmədəliyeva (52 kq) isə braziliyalı Valentim Eleudislə qarşılaşacaq.
İdmançılarımızdan sabah mübarizəyə Kəramət Hüseynov, Davud Məmmədsoy, Nicat Şıxəlizadə, Orxan Səfərov, Leyla Əliyeva, Aişə Qurbanlı və Gültac Məmmədəliyeva (52 kq) qoşulacaq. Ertəsi gün Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayev, üçüncü gün isə Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və Camal Feyziyev qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...