“WhatsApp”ın şərtlərini qəbul etməsək, mesajları oxuya bilməyəcəyik
“WhatsApp” sosial şəbəkəsi gizlilik qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək.
Yeni gizlilik siyasət ilə bağlı müqaviləni qəbul etməyən istifadəçilərə xəbərdarlıq mesajı göndəriləcək.
Yeni xidmət qaydalarını mayın 15-dək qəbul etməmək mümkündür. Təklif olunan şərtləri mayın 15-dən sonra qəbul etməsəniz, bir neçə həftə ərzində zəngləri, bildirişləri qəbul edə bilərsiniz, ancaq tətbiqdəki mesajları oxuya və ya göndərə bilməyəcəksiniz.
“WhatsApp” öz siyasətində 120 gün aktiv olmayan istifadəçiləri silməyə üstünlük verir. Yeni təklifləri qəbul etməyən istifadəçiləri də eyni aqibət gözləyə bilər.
Qeyd edək ki, messenger fərdi məlumatların “Facebook”a ötürülməsi ilə bağlı yeni bənd əlavə edərək, istifadəçi müqaviləsini yeniləyib. Bu, istifadəçilərin sərt reaksiyasına səbəb olub. Bundan sonra fevralın 8-də aktivləşdirilməsi nəzərdə tutulan müqavilə şərtləri mayın 15-dək təxirə salınıb.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...