Rayon İcra Hakimiyyətinin başçısı rayonda kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan videkonfrans keçirib
17 mart 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndələrin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan videkonfrans keçirilmişdir. Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirdi ki, Prezident cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Salyan rayonunda da uğurla icra olunur.
Videokonfransda çıxış edən icra nümayəndələri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri təsərrüfat işlərinin gedişi barədə məlumat vermiş, təkliflərini bildirmişlər.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairələri üzrə nümayəndələrinə, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyyə və tapşırıqlarını vermiş, rayonda aqrar sahənin inkişafı üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırmışdır.
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...