Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb.
Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.
Daniel Zibert 2019/2020 mövsümündə “Qarabağ”ın evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünü idarə edib. 37 yaşlı referi həmin qarşılaşmada Ağdam təmsilçisinin qapısına penalti təyin etməklə yanaşı, 90+3-cü dəqiqədə Riçard Almeydaya qırmızı vərəqə göstərib. Yekunda Azərbaycan çempionu iki oyunun nəticəsinə (2:3) əsasən, turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək oyun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...