Böyük Dəbilqə: Erməni idmançı cüdoçumuzla görüşə çıxmadı
Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Rusiya təmsilçisi David Karapetyan 81 kq çəki dərəcəsində Fətiyevlə təsəlliverici qarşılaşmaya çıxmaqdan imtina edib. Buna erməni əsilli idmançının əvvəlki görüşdə zədələnməsi səbəb olub.
Fətiyev 1/16 finalda Damian Stepiyen (Polşa), ardınca isə Din Gemeri (İsrail) yarışdan kənarlaşdırsa da, 1/4 finalda Vedat Albayraka (Türkiyə) məğlub olub. O, üçüncü yer uğrunda Antonio Esposito ilə qarşılaşacaq.
Eyni çəkidəki Zelim Tçkayev 1/32 finalda Fetra Ratsimizivaya (Madaqaskar), 1/16 finalda isə Adnan Kılıca (Türkiyə) qalib gəldiyi halda, 1/8 finalda Məhəmməd Abdelal (Misir) ilə bacarmayıb.
Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...