İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib - Video
Aprelin 13-də Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş beş saat davam edib.
“Aleksandr Lukaşenko azərbaycanlı həmkarı ilə görüşə Bakıya gələndən dərhal sonra yollanıb. Prezidentlər təxminən saat 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib. Liderlərinin məhz hansı məsələləri müzakirə etdikləri hələlik məlum deyil.
Lakin daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi”, - məlumatda deyilir.
Qeyd edək ki, aprelin 14-də Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycan Prezidentinin iqamətgahında rəsmi danışıqlar aparacaqlar. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı səhiyyə, elmi-texniki, təhsil və turizm kimi aktual sahələrdə əməkdaşlıq da müzakirə olunacaq. Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...