Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - Video
Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə görüntüləri yayılıb.
Həmin görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib.
Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.
Belə ki, 30-dan artıq bədii və publisistik kitabın müəllifi olan yazıcı və professor tənqidlərə qonaq edilib. Bildirilib ki, onun bu davranışı müəllifi olduğu kitabların adı ilə eynidir - "Xəcalət", "Utanc", "Mənəviyyatın ekologiyası"...
Qeyd edək ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-ci ildən isə YAP Xətai rayon təşkilatının sədridir. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Sabiq deputat YAP-ın son qurultayında Veteranlar Şurasının üzvü seçilib.
***
Sözügedən görüntülərlə bağlı BAKU TV Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O əvvəlcə görüntülərdən xəbəri olmadığını bildirib. Maraqlıdı ki, telefona Hüseynbala Mirələmov kimi cavab verən şəxs, daha sonra bu nömrənin ona aid olmadığını qeyd edib.
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...