Həbsdə olan şəxsi azadlığa buraxdırmaq üçün 165 min aldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindəki cinayət işlərinə xitam verdirmək üçün 165 min manat alan şəxs həbs edilib.
Prokurorluqdan verilən məlumata görə, barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə ilə cinayət işi başlanıb.
Aparılan istintaqla Cavanşirov Fəxrəddin Süleyman oğlunun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini, həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...