Sabah Bakıda 18 dərəcə isti olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...