Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş, gənclər arasında onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb
18 may 2021-ci il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş, gənclər arasında onlayn şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “ASAN Könüllülük” Məktəbinin təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının tərəfdaşlığı çərçivəsində keçirilən turnirin mükafatlandırma mərasimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru Yusif Babanlı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, təhsil müəssisələrinin nümayəndələri və turnir iştirakçıları iştirak ediblər.
3-10 may tarixlərində baş tutan şahmat turnirinin qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Gövhər Beydullayeva olub. Rüfət Əbdülbağırov 2-ci, Tural Məmmədzadə isə 3-cü yerə layiq görülüblər.
Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...