Gülnar Məmmədova dünya kubokuna qələbə ilə başladı
Rusiyanın Soçi şəhərində start götürən dünya kubokunda Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar.
Kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən Vasif Durarbəyli mübarizəyə qoşulub.
V.Durarbəylinin bu mərhələdə Finlandiyanı təmsil edən Dmitri Sklyarovla qarşılaşması heç-heçə ilə başa çatıb. Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.
Qadınların yarışına gəlincə, altmış dörddəbir finalda Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.
Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.
Qeyd edək ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...