Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” ifadələri yazılmış lövhə əks olunub.
Artıq neçə ildir iki ölkənin qardaşlığına aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.
Qeyd edək ki, dünən Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub.
Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.
Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...