Cümə gününə olan hava proqnozu açıqlandı
Azərbaycanda aprelin 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...