Qaradağın Çeyildağ qəsəbəsində Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunmuşdur
Qaradağ rayonunun ucqar qəsəbəsi olan Çeyildağ qəsəbəsində Zərifə Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı əhalinin tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tibbi müayinəyə gəlib Çeyildağ qəsəbə sakinləri qarşısında çıxış edərək oftalmoloq alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.
Eyni zamanda çıxışında tibbi müayinələrin bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının alınmasına kömək etdiyini, rayonumuzda hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxanaların fəaliyyət göstərdiyini, lakin Çeyildağ qəsəbəsində tibb məntəqəsinə və bəzi sahələrdə mütəxəssislərə ehtiyac duyulduğunu bildirmiş və bu baxımdan, aksiyanın böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Aksiya müddətində rayonun səhiyyə müəssisələrində çalışan təcrübəli 15 nəfər həkim-mütəxəssislər tərəfindən 100-ə yaxın qəsəbə sakini tibbi müayinələrdən keçmiş, səhhətində problem olan bəzi sakinlərə məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunub.
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...