DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Akademiyasında növbəti məzun buraxılışı olub.
Iyulun 8-də Akademiyada təntənəli tədbir keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Ə.Nağıyev məzunları təbrik edib. O vurğulayıb ki, Akademiyada təhsil alan kursantlar mövcud imkanlardan maksimum səviyyədə istifadə edərək öz üzərilərində durmadan çalışmalı, qazandıqları bilik və vərdişləri mütəmadi artırmalı, seçdikləri peşənin sirlərinə dərindən yiyələnməli, gələcək fəaliyyətlərində xalqa və dövlətə sədaqətlə xidmət etməlidirlər.
Qeyd edilib ki, DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...