Elgiz Abbasova PFL-də yeni vəzifə verildi
Peşəkar Futbol Liqasının rəhbərliyinin qərarına əsasən qurumun Texniki-İdman şöbəsi ləğv olunub.
Onun yerinə PFL-in Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olunub.
Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan E.Abbasov 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.
Məlumat üçün bildirək ki, yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...